Baxış 33,700
Yeni Müsavat" Media Qrupu olaraq Vətən müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.
Zəfər gününə aparan yolda qəhrəmancasına şəhid olanlardan biri də Beyləqan rayon Birinci Şahsevən kəndindən olan gizirimiz Cavanşir Əzimovdur.
Gizir rütbəsi almağı çox arzu edən Cavanşir bu istəyinə müharibəyə cəmi iki gün qalmış çatır. Yeni rütbəsini aldıqdan sonra ön cəbhəyə yola düşüb. Snayperçi olaraq düşmən hədəflərini dəqiqliklə nişan alıb.
Cavanşirin hərbiyə marağı ondan xatirə qalan əşyalarından da bilinir. Onun hərbi geyimə xüsusi diqqəti və marağı olub.
Qeyd edək ki, Cavanşir şəhid olduqdan sonra Vətən Uğrunda və Füzulinin azad olunması uğrunda göstərdiyi qəhrəmanlığa görə medallarla təltif olunub.
Kanala abonə ol : azposts.info
Email: Musavat7777@gmail.com
Kanala baxdığınız üçün təşəkkürlər