Marketdəki Bu Yağları ALMAYIN - Damarlarda TROMB YARADIR

  Baxış 189,821

Bir Bax

Ay əvvəl

#BirBax #Tromb #Yag
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
O, ucuzdur, dadsızdır, qoxusuzdur, xarab olmur. Yediyinizi hiss etmirsiniz. Amma öldürür. “Transyağlar” - sözünü hardasa eşitmisiz, amma görməmisiz, çünki satışda üzərində “transyağ” yazısı olan bir dənə də olsun yağ yoxdur. Aldığımız hansısa qidanın etiketində çox zaman bu yağ bitki yağı, marqarin, kulinar yağlar kimi yazılır. Lakin bu sözləri görsəniz bilin ki, söhbət elə transyağdan gedir. Bu qidalardan uzaq olun. Çünki onlar nəinki qoca, gənc insanlarda belə damar tutulmalarına səbəb olur.
Siz bir bax kanalındasınız. Diqqətiniz bizdə olsun.
Həkimlər bildirir ki, Azərbaycanda damar tıxanmaları gəncləşib, indi 40 yaşından sonra damarı açıq, normal insan tapmaq çətindir. Gənc qadınlarda hamiləlik dövründə damarlar tutulur, varikoz, tromboz, gənc kişilərdə ayaqlarda, ürəkdə əsas damarların tutulması, infarkt, uşaqlarda qan pozulması, nevroloji xəstəlikər, ürək-damar problemləri - hamısı damar tıxanmasının nəticəsidir. Damarları xolesterin, yağlı kirəclərlə daralır. Mütəxəssislər əhalidə kütləvi şəkildə damar tutulmasının səbəbini qidalanmada və yağlarda görür.
Bu yağların başında isə trans yağlar gəlir. Transyağ nədir, necə alınır, niyə təhlükəlidir?
Transyağ - süni yolla alınan modifikasiya olunmuş molekuldur, bu molekul marqarin və rafinə olunmuş yağların tərkibində olur. Hər bir tərkibində rafinə olunmuş yağ və marqarin olan qida məhsulunun içində bu molekul yaranır: hazır yeməklər, fast fud, yarımfabrikatlar, tortlar, konfetlər, şokoladlar və s.
Hər şey insanlığın yağa tələbatının artması və qida sənayesinin bunu ucuz yolla ödəməsinin mümkün olmamasından sonra başladı. İşbazlar, sənaye nəhəngləri müasir, daha sərfəli, guya tərkibi yaxşılaşdırılmış bitki yağları istehsal etməyə başladılar, bu yağlar daha uzun müddət saxlanıla bilirdi. Son olaraq trans yağlar - doymamış yağ növü icad edildi.
İlk belə yağın üzərində 1911-ci ildə işlər gedib. Belə yağ tərkibli ilk qidalar ABŞ bazarlarında aktiv satılırdı. Müasir qida istehsalı bütövlükdə trans yağların üzərində qurulub: o, ucuzdur, dadsızdır, qoxusuzdur, xarab olmur.
Dünya Səhiyyə Təşkilatı neçə illərdir bu yağların qida məhsullarının tərkibindən birdəfəlik çıxarılmasını tövsiyə edir, lakin heç bir qida nəhəngi buna məhəl qoymur. Transyağları insan orqanizmi həll etmir, qan onu daşıya bilmir, qaraciyər tanımır, damarlarda çöküntü yaradır. Ona görə neçə kilometrlərlə uzanan və bütün orqanları qan və oksigenlə təmin edən arteriyalar, venalar, hətta kapilyarlar da transyağların əsirinə çevrilir.
Bu yağlar
- İmmuniteti zəiflədir
- Süd verən qadınlarda südü azaldır
- Kişilərdə testosterini zəiflədir
- Ürəyin işemik xəstəliyi, ateroskleroz, magistral damarları tutur
- Görməni zəiflədir
- Piylənmə, diabet
- Stresə davamlılığı azaldır

Məsələ təkcə marqarindən uzaq durmaqla bitmir. Bu siyahı çox uzundur:
- Keyfiyyətsiz, ucuz kərə yağı,
- Ağ un məmulatları,
- Fast fud növləri, kartof-fri
- Mağazada satılan bütün növ şirniyyatlar
- Qəhvəyə qatılan quru qaymaq
- Kolbasa, sosis
- Dondurulmuş yarımfabrikarlar
- Mayonez, ketçup, pendirli souslar
- İstənilən yağlı qida və ən yaxşı yağda hazırlanmış yemək mikrodalğalı sobada təkrar yüksək həddə qızdırılan kimi onun tərkibində transyağ əmələ gəlir. Dəfələrlə yeməyi isidib yemək buna görə zərərlidir.
Təhlükəli hədd
Deyirlər insan orqanizmi üçün bu təhlükə sutkada 3-4 qram transyağ qəbul etdikdə yaranır. Amma bu dəqiq deyil. Üstəlik kim bu həddi hesablayacaq? Kim dəqiq bilir ki, gün ərzində nə qədər transyağ yeyib?
Etiketdə çox zaman bu yağ bitki yağı, marqarin, kulinar yağlar, früiter yağı kimi yazılır. Eləcə də peçenye, sous, vafli, kreker və ya qutuda hər hansı şirniyyatın üzərində "hidroqenirizə olunmuş”, "qismən hidrogenizə olunmuş yağ” sözünü görsəniz bilin ki, söhbət elə transyağdan gedir.
Xilas olmaq mümkündürmü?
O halda ki, Dünya Səhiyyə Təşkilatı, qida təhlükəsizliyi intitutlarının çağırış etdiyi kimi ümumilikdə qida sənayesindən bu yağ çıxarılsın. Bu isə yaxın gələcəkdə baş tutmayacaq. O zaman gərək bütün ərzaq məhsullarının qiyməti qalxsın, istehsal düşsün, mağazalar boşalsın.
Həkimlər bildirir ki, bir insan əgər transyağdan imtina edib, tamamilə qəbul etməsə, onun orqanizmində olan bu yağ qalıqları 3 ilə təmizlənəcək. Bəs siz bu qədər ərzaqdan imtina etməyə hazırsızmı?
Özünüzə qadağa qoyun:
- Küçədə früterdə, bir qabda dağ edilmiş yağda saatlarla bişən ponçik, peraşki, şirniyyat, xəmir məmulatı, kartof fri, fast-fud yeməyəcəksiz;
- Dondurulmuş qidalardan, asan hazırlanan tənbəl malı yarımfabrikatları almayacaqsız;
- Ucuz yağ, mayonez, ketçupdan imtina;
- Yalnız təmiz süddən və yağdan hazırlanmış məhsullar axtaracaqsız.
Ac qalmaq səni bəlkə də öldürməyəcək, ucuz və çox yemək sonunu gətirir

Şərh
Ferid Pasayev
Ferid Pasayev Ay əvvəl
Allah sizin kimi aparıcıları var elesin eyer bele vidyolar çox olsa heç kim o lazımsız yemeyleri yemez ve Azerbaycan kimi bol rüzili ölkede kanservant yemey mecburiyyetinde qalmazdı
tahir ibrahimov
tahir ibrahimov 4 gün əvvəl
Belə aparıcılar olmaz olsun. Öıkəni basıb keyfiyyətsiz ərzaq. Bir aparıcı sual vermir yuxarılara ki, ay sərhəddəkilər nə əvəzində zəhərləyirsiniz milləti. Bütün aparıcılar layk xətrinə boşbogazlıq edirlər.. bəziləri də əl çalır.
Elnur Tehmezov
Elnur Tehmezov 19 gün əvvəl
Hamı isyərki əsl kərə yağı yisin ama kasiblıqın dərdindən o yağları yiyirik.caamat bilir ama məcbur yiyir
eldar aliyev
eldar aliyev 23 gün əvvəl
@Ülkər Ş Enerji içkilər, kola , sprayt və başqa zir zibil ürəyə və bağırsağlara misilsiz " xeyir" verir. Ona görə də , CocaCola , Mcdonald's, Red Bull və başqa şirkətlər dünyanın aparıcı şirkətlərindən biridilər. Hətta bütün idman, mədəniyyət və uşaqlar üçün proqramlarda bə verilişlərdə titul sponsorlardı. Nəistəyirsiniz bundan sonra. Axmaq oğlu Qebreysus isə yarasa qripi pandemiyadan danışır. Hal bu ki, Coca Cola və McDonald's koronavirusdan təhlükəlidir və xətta spirt kömək eləməyəcək!(((
gulya gadjievna
gulya gadjievna 25 gün əvvəl
efsis ki bini ualniz kasib tebeqe istigade edir
Ülkər Ş
Ülkər Ş 25 gün əvvəl
Zehmet olmasa enerji içkiləri haqqındada məlumat verərdiniz.Ölkədə ölüm gəncləsib. Bununda səbəbi ele bu enerji içkiləridir
Melahet Abbasova
Melahet Abbasova 11 saat əvvəl
mən almışam 😡😡😡😡
Xalide Kerimli
Xalide Kerimli 12 saat əvvəl
Buda milletin axiri millet ölsun bezilerinin milyardlari artsin olmazki dövletimiz bu yaģlarin qebil etmesin
Yegane Muradova
Yegane Muradova 19 saat əvvəl
Bilirik bes ne yeyek
Vətən Sevgisi
Vətən Sevgisi 20 saat əvvəl
Elə ona görə transların sayı artıb🤣
Kerim Memmedov
Kerim Memmedov 23 saat əvvəl
yaxşı yağı kim isdəməz imkan olsa
Hecer İbrahimova
Hecer İbrahimova Gün əvvəl
Faydalı Məsləhətlərinə görə təşəkkürlər,mən özüm evdə aldığın südün ,qatığın qaymağı dan təbii kərə yağı hazırlayıram çox gözəl olur ,həmdə
Rahid Məmmədov
Rahid Məmmədov Gün əvvəl
Əziz gözəl xanım onsuz öləcəyik .ha belə ha elə axır öləcəyik ..Milləti belə düşünnsəydilər ölkəyə gətirləndə qabağı alınatdı..Birdə sağlamlıqmıza qalanda aldlğımız heç hava təmiz deyil nəyi qoyub nəyi axdarırsız ..
Bakcell Bakcell
Bakcell Bakcell Gün əvvəl
Bes noldu deyirdiler quyruq yemeyiin kokelme gedir
Bakcell Bakcell
Bakcell Bakcell Gün əvvəl
Beli butun insanlar trompdan wikayyet edir
Zabuta Qadasova
Zabuta Qadasova 2 gün əvvəl
Düz deyirsiz. Amma ailəmizin ümumi gəliri hec cür təbii qidalarla qidalanmaya çatmir. Hələ bu indiki zamanda. Bilə bilə yeyirik.
Rahile Celilova
Rahile Celilova 2 gün əvvəl
Yağ satan da Ölsün,. İstehsal eliyən də Ölsün
Fatma Ehmedova
Fatma Ehmedova 2 gün əvvəl
Yaglar daha da bahalasdi qazanan hem satanlar hem de hekimlerdi biz iise itiririk allah komeyimiz olsun
Sevinc Nasurova
Sevinc Nasurova 2 gün əvvəl
Insanlar neynesin hərşey baha əməkhaqqı 250 bu insanlardan biri mən. 3 uşaği saxlamaq lazımdır. Quyruga gəldikdə isə aylarla et ala bilmirəm😔ne ise
tarana ibrahimova
tarana ibrahimova 2 gün əvvəl
Bu yaglari nece ferqlendirek?
Cesaret Celilov
Cesaret Celilov 3 gün əvvəl
Dovlet hara baxir
Könül Abbasova
Könül Abbasova 3 gün əvvəl
Tam razıyam, bu yağlardan və bu yağlarla hazırlanmış qidalardan imtina etməliyik
Gulşen Zeynal
Gulşen Zeynal 3 gün əvvəl
Nə üçün hökumət belə yağların ölkəmizə daxil olmağına qadağa qoymur . Bütün
Rehile Huseynova
Rehile Huseynova 3 gün əvvəl
Çox sağ olun ki insanları marifləndirirsiniz😊
Xaver Imanova
Xaver Imanova 4 gün əvvəl
Allah sənnən razı olsun çox sağolun keşkə hər kəs Sənin kimi rrəhimli və vicdanlı olaydıı amma çox təsüf ki. o yağları istehsal edənlər öz ailələrini və çoxlu pul qazanmağı düşünürlər Allahdanda qoruxmurlar bu dünyadan köçəndə özləriylə bərabər böyük günahlarla Allahın hüzuruna gedəcəklər
Xaver Imanova
Xaver Imanova 4 gün əvvəl
Allah sənnən razı olsun gözəl insan keşkə hamı sənin kimi vicdanlı olaydı
Esrin Turku 48-53-88
Esrin Turku 48-53-88 4 gün əvvəl
3 manata Kerem yegi, insanlari Kerem kimi yandiracax
Ami Teymurova
Ami Teymurova 4 gün əvvəl
Bunu sehlyye nazlrllyl nezaret etmesldlr kl lnssnlar sshlam ve gumrah olsunlar
Minarə Quluzadə
Minarə Quluzadə 4 gün əvvəl
hansı yağları almayaq heç markalarnı göstərmədiniz.
Zarina Sultan.
Zarina Sultan. 4 gün əvvəl
Bütün yaglara palma yag gatilir..kecmişde margarin yag yeyirdik hec ne olmurdu.. indi yidiyimiz bütün gidalar gorxuludur..😒
Mehriban Sediyeva
Mehriban Sediyeva 4 gün əvvəl
bes satışa niye icaze verirler?
tahir ibrahimov
tahir ibrahimov 4 gün əvvəl
Bəs niyə imkan verilir bu yagların gətirilməsinə və satışına. İnsanları qorxutmaqla kifayətlənən qız , bəlkə açıqlayasan nə cür yol tapır piştaxtaya. Ayıb olsun hamınıza... satırsınız , həm də qorxudursunuz ...hara baxırlar ....niyə susurlar bu işdə ortaqlıgı , payları olan şərəfsizlər..?
Qenire Kerimova
Qenire Kerimova 5 gün əvvəl
Mağazada bilmək olmur hansı yağ yaxşıdı. Satışda hər cür yağ olsun, həm təmiz dədə babadan yediyimiz yağ, həm də marqarin, trans yağ.. Kim hansını istiyir alsın.
Terana Halilova
Terana Halilova 5 gün əvvəl
Hec bilmirsen ne alib yeyesen -yaqlar translawib, meyve-terevezin geni deyiwdirilib. Dukan bazarlarda od tutub yanir, hele apteklerde dermanlari demirem ☹️😢
Mehdiyeva Nazmila
Mehdiyeva Nazmila 5 gün əvvəl
Satışı qadagan olunsun.Ìcaze verilmesin.
Nazile Aliyeva
Nazile Aliyeva 5 gün əvvəl
Belə yağlari mağazalardan rədd etməsələr insanlarin sayi get gedə azalmağa başlayacağ heç yeni aylə quranlarda övlad üzünə həsrət qalacaq elə onu istəyirlərdəəə bu işbazlarin başina daş düşsün
Mehemmediye İbrahimov
Mehemmediye İbrahimov 6 gün əvvəl
ОЗУНУ ГОРУ ХАНЫМ БУ АЧЫГЛАМАЙА КОРЕ СЕНИ КЕСЕРЛЕР АЛЛАХ СЕНИ ГОРУСУН ...АМИН.
РУСЛАН.КАРАБАХ!
РУСЛАН.КАРАБАХ! 6 gün əvvəl
ИРАН ЯГЛАРЫ БИЗИМ ХАЛГЫМЫЗЫ ГЕНАЦИД ЕДИБ ОЛДУРМЕК УЧУН ГОНДЕРИЛИР.☝️😇😡
Bahar
Bahar 6 gün əvvəl
Bəs nə edek??nə yeyek??bahalı yağlara gücümz çatmr 😔bitki yağlarıda hamsıda bir zbildi.duru yağlarn terkbidə benzindi maşın yağlarnan düzelr bes yaxşı ne yeyekş😥
Mimi Mino
Mimi Mino 6 gün əvvəl
Palma yağı
vuqar tayibov
vuqar tayibov 6 gün əvvəl
Dovlet bizi ele gune qoyub ki trans yaqa hec pul catmir.yollar acilsin tupurecem bu Dovlete.is yox guc yox.
Esger Esgerov
Esger Esgerov 6 gün əvvəl
Məncə bitki yagı yaxşıdır marqarindən min dəfə
Seide Ismayilova
Seide Ismayilova 7 gün əvvəl
Butun yaglara nese qatirlar hansina inanq dadi tami hiss etmirsen evveler alirdiq yoxdu elesi
Aqa Ismayilov
Aqa Ismayilov 7 gün əvvəl
Bes evde hansi yagdan istifade edek maaw pensiya ele cox verirler ucuzu gucnen catdirib aliriq bahalini hardan alaq bir terefini deyirsiz o biri terefinide deyinde zeytun yagi bilirsiz neceyedi vallah camaat acinnan olecek belw getse
İlkin Necefov
İlkin Necefov 7 gün əvvəl
Allah sizlerden razi olsun
İlkin Necefov
İlkin Necefov 7 gün əvvəl
Ankolojiya xesdelerle dolub dasir
İlkin Necefov
İlkin Necefov 7 gün əvvəl
Palma yagini ölkeye getirenler bu Milletin dusmenidir.Allahin leneti olsun onlara.
Senan Cebrayilov
Senan Cebrayilov 7 gün əvvəl
Gör nə qədər ziyanli yağlar işlədirik😥Çoox sağolun belə gözəl vidiyoya görə
Ehmedov Seid
Ehmedov Seid 7 gün əvvəl
200..300 manat maas alan yada pensiya alan ne yeye biler?
Adile Ismayilova
Adile Ismayilova 8 gün əvvəl
Zeytun yaginin temizi pisi var ne bilek hansi zeytun yagini alag
elibeyli ruslan
elibeyli ruslan 8 gün əvvəl
bu duz biz hara baxrjiqsa bu yaqlardan hazrlanmij mallari gorurik .amma alb yeyirik ve olurik devlet bunu bacarmayanda biz kimik axi biz neyleyek amma alirq yeyirik ve olurik bu ije gerek devlet olcu gotursinki alib yeyenlerde olmesin.allah onlara lenet eylesin yaxjica pul qazanrlar
Baheddin Ceferov
Baheddin Ceferov 8 gün əvvəl
Bəs nə yiyək acinan öləkmi hec kəs xoşdugunan almir ki budcəvə körə hərəkət eləyirsən
Ulya Badalova
Ulya Badalova 8 gün əvvəl
Kasib kq 16m nece yaq alsin,guya zeytun yaqlari temizdi?onlarda saxtadi,quyruqun kq 14m di,millet neylesin,daniwmaqa ne varki
Raksana Huseynova
Raksana Huseynova 8 gün əvvəl
Bu cur melumatlara gore cox saq olun.Marketde satilan en bahali kere yaqlari da trans yaqlardir? Sualimi cavablandirsaniz sevinerem.Önceden tewekkur ediram.
Aida Mammadova
Aida Mammadova 9 gün əvvəl
Ucuzu almayìn bahahaya da gücümüz çatmìr onda nə edək
Sehla Emrah
Sehla Emrah 10 gün əvvəl
Allah bunu edənlərə qənim olsun düz deyirsən yemək olmaz bu yağları az olsun saz olsun😊
Sevindik Namazov
Sevindik Namazov 10 gün əvvəl
Butun yaglarda qatqi var en cox palma yagi var
Xarı Bülbül
Xarı Bülbül 10 gün əvvəl
caredizlikden ucuz alırıx milleti pis güne qoyanlar pis derde dücar olsun inşallah
Baku Baku
Baku Baku 11 gün əvvəl
"🐰 Dovşana qaç, 🐶 Tazıya tut deyirsiniz!" Bu "TRANS" dediyiniz yağları niyə indiyənə qədər satışdan yığışdırmırsınız?! 😬
Na An
Na An 11 gün əvvəl
Duzdur,tanidiqim birinin oqlu 28 yawinda damar tutulmasindan ani rehmete getdi.Bu cur erzaqlari olkemize getirenlerin Allah belasini versin
Firəngiz İsmayılova
Firəngiz İsmayılova 11 gün əvvəl
Maraqlı və faydalı məlumata görə çox sağ olun.Ölkədə maldarlığı inkişaf etdirsək,zeytun bağları artırılsa,zeytun yağları istehsalı inkişaf etdirilsə bəladan xilas ola bilərik.Dövlət bu işi vətənpərvər işgüzar insanlara tapşırmalıdır.
Almaz1999 fira
Almaz1999 fira 11 gün əvvəl
Бес о чур сагламлыга зиян вуран яглары Ким ве Нийе нечур о магазалара кетрилиб ве сатдырылыр,бу гедерми вичданыны итирмишлер миллете геним кесилиблер?Чиблерин долдурулмасы учун бу гедер зийанлы ве зерерли ерзаглары сатыша чыхартмайын Аллахдан горхун.
Gulya Musaeva
Gulya Musaeva 11 gün əvvəl
Ния гоюрсунуз сатыша?она чавабдеh,инсанлар вар,мааш алырлар,о яглары олкейе гоян кимди?
BANDİT
BANDİT 11 gün əvvəl
Qida tehlükesiz agentliyində oturan oğraşlar niye gedib bağlamır o yağı satan maqazin leri. Yadaki gömrük niye soxur o yağı ölkəyə. Çünki beş 3 manat rüşvət alıb arvadlarına tuman alırlar. Olanda kasıba olur
Василаsuöer Гатамова
Василаsuöer Гатамова 12 gün əvvəl
Zeytun yağı təmizdi bəyəm?Onuda nədən hazırlayıblar bilinmir.Bəlkə maaşlar qalxsın bizdə bahalı yağ ala bilək,özümüzüzdən keçdik,heç olmasa gələn nəsil sağlam olsun.
monopoly black
monopoly black 12 gün əvvəl
Neynesin camaat mecburdu olmemek ucun ucuz yaqlardan istifade etsin
Esmira Eliyeva
Esmira Eliyeva 12 gün əvvəl
Heyf kecen günlerden!!!indiki cavanlar,körpeler bu dünyaya gelmeye peşman olublar.Xestelik ,kasibliq bir yandanda qatil işbazlar.Sözün bitdiyi yer???
Ali Ahadov
Ali Ahadov 13 gün əvvəl
Ayə vızqırt get
Eldorado Eldorado
Eldorado Eldorado 14 gün əvvəl
Çox faydali melumatlardi Sağ olun
Hesret Agamaliyev
Hesret Agamaliyev 14 gün əvvəl
Yaglarin adini deyerdiz bilerdik hansi pisdi biz uje 3il olar zeytun iwlediirk her yemeyi zeytunla biriri
Vefa Haqverdiyeva
Vefa Haqverdiyeva 11 gün əvvəl
Zeytun da temiz deyil en saglami quyrug
Sevinc Azimli
Sevinc Azimli 15 gün əvvəl
Onsuz da qalxıb da qiymətlər. Biz çoxdan küçə yeməkləri yemirik lakin uşaqlar və gənclərə bunu Başa salmaq çətindir mütləq satışı qadağan olmalıdır
şəli cumazade
şəli cumazade 15 gün əvvəl
Hara baxırlar buna baxanlar.Nəyə görə onları cəzalandırmırlar çünki onlardan pul alıb keçirlər. O yığan pulu salamat yeməsin.həmən adamları karonaya tapşırırıq
şəli cumazade
şəli cumazade 15 gün əvvəl
Hara baxırlar buna baxanlar.Nəyə görə onları cəzalandırmırlar çünki onlardan pul alıb keçirlər. O yığan pulu salamat yeməsin.həmən adamları karonaya tapşırırıq
Sevinc Məmmədov
Sevinc Məmmədov 15 gün əvvəl
Kül başaza
Aida Sharifova
Aida Sharifova 15 gün əvvəl
Maraqlıdır, bizim Səba transyağ ehtiva edir?????
aaa aaa
aaa aaa 15 gün əvvəl
yağı məyər dişləyib yeyirsən neftdən alınan marqarindən pisdir suşi 'pitza'mənşəyi bilinməyən qamburger dönər gözünüzə soxursuz yağı antireklam edirsiz kim izah edib sənə 3ilə təmizlənir o yağlar uşaq qidalarında plitka şokaladlarda konfetlərdə istifadə edilir get sən ye olməyəsən
Üfüq Esgerov
Üfüq Esgerov 15 gün əvvəl
Men basa duse bilmirem beledise niye satışına qadaga qoyulmur xeber paulasib reyting toplamak deyil ey harekete kecin
Nihat Nesibov
Nihat Nesibov 15 gün əvvəl
Bəs niyə bu yağların qarşısını dövlət almır nəücün bu xalqa düşmən kəsilibsiz
Sedaqet Alqayeva
Sedaqet Alqayeva 16 gün əvvəl
Ona görə xesdelikler baş alıb gedir niyə dövlətimiz hara baxir
rasim mustafayev
rasim mustafayev 16 gün əvvəl
Millətimiz rafinə olunmamış günəbaxan yağını yemirlər ki iy gəlir
Receb Elizade
Receb Elizade 16 gün əvvəl
Həmin trans yağların markalarını da göstərsəydiz yaxşı olardı. Hamı bilir ki, əksər yağlar xəstəlikdir. Videoda isə heç bir məlumat vermədiz.
Vefa Haqverdiyeva
Vefa Haqverdiyeva 11 gün əvvəl
Hamisi
Zemine Aliyeva
Zemine Aliyeva 16 gün əvvəl
Bizim maashla pensiya ilə ancaq bu qiymətə yağ yemek olar
Qwert Qwertyui
Qwert Qwertyui 16 gün əvvəl
Biz dədə baba inək yağı yeyirik buna işbazlar haram qatır tanıdığımız insandan alırıq xahiş edirik.təbii bitgi yağı zeytun yağı haqqında xəbər verin. daha tort,şirniyyatlar yemiyək?
Günəş Karakoz
Günəş Karakoz 17 gün əvvəl
Allah özü köməyimiz olsun,bu trans yağları ölkəmizə ğətirənin bütün nəsli qırılsın,buna icazə verənin öz balası ğözünün qabağında ölsün,niyə xalqımızın qanına susayıblar???
Elcin Hasanov
Elcin Hasanov 17 gün əvvəl
Ən təmiz yağ nehrə yağıdır palma yağları bir silahdır gizgin terrordur birdənə də olsun Avropa ölkələrində bu tip yağlardan istifadə olunmur uzaga getməyək qardaş Türkiyədə bu tip yağlar ümumiyyətlə yoxdur çünki ölkəyə qadağa qoyulub bu yağların gəlişi ən çox zeytun yağı isfade olunur bizi qıran isə palma yağıdır və mənşəyi məlum olmayan yağlardır
Nuray
Nuray 17 gün əvvəl
Guya bizdə 11. iqlim qurşağı var ancaq adı kərə yağı istehsal edə bilmirik. Əslində dünyada iqlim qurşağı 11 yox yeddidir. Hə isə..Bu qədər saxta və keyfiyyətsiz ərzaq var ikən satışda bəs onda aidiyyəti hökumət qurumları nə üçündür? Müftə pul alıb varlanıb əhalini məhv etmək üçün? Nə isə. Belə çox getməməlidir.
Teymur Celilov
Teymur Celilov 17 gün əvvəl
Hörmətli aparıcı siz dəqiq söylədiniz .Mən bir vətandas olaraq Xalqımızı bu kimi qidalardan almamağa çağıram əsasda kasıb təbəqəni.Millətim, övladlarımızı duzğün qidalandırın. ...
Vefa Musevi
Vefa Musevi 18 gün əvvəl
Ona qalsa hər bir qida indi zərərlidir. Ekologiya, texnologiya hər şey indi insanlığa düşməndir. İnsan belə insana və özünə indi qatil cixib. Tək bir yagda problem olsaydı nəvardiki?
aqyxan mamedov
aqyxan mamedov 18 gün əvvəl
Dukana daxil olan kimi gozumuz en ucuz ərzagi axtarir.Çünki pulumuzu ayın axirina kimi catdirmaliyiq.hami isteyer balasina keyfiyyetli,xeyirli yemek yedizdirsin.Uzumuz qara olub balalarimizin yaninda.Mecburen usaqlarimizi zeherleyirik.Bu qeder zererli qidalari axi niye satisa cixarirsiz?Allah komeyimiz olsun
R. S.
R. S. 18 gün əvvəl
Allah sizdən razı olsun. Bildiyim qədər ən təmiz yağ ya kərə, ya quyruq ya da ki hamının illərlə yeməyib tulladığı inəyin iç yağıdır. Əslində yeməyib atdığımız inəyin iç yağı (inəyin qarnından çıxan yağ) ən sağlam yağdır. İlk baxışdan tez donan yağ kimi görunsə də, orqanizmdə o yağ tez parçalanır, tez əriyir, yəni trans yağlar kimi kirəcləşib damarlarda qalmır. İç yağı ilə quyruq yağını bir yerdə əridəndə yağ donmur və rahat istifadə etmək olur. Və yaxud quyruq yeyə bilməyənlər dəqiq əmin olduğu yerdən çiyə yağı (qaymaq) ya da əmin olduğu yerdən nehrə yağı alıb işlədə bilər. Qiyməti bahadır bəli.. amma indi təmiz yağa vermədiyimiz pulu 10 ildən sonra 100 qatını dərmana iynəyə verməli olacağıq əfsus... ona görə başqa çarə yoxdur, gərəkdir ki sağlamlığımızı özumuz düşünək...
Seymur Babayev
Seymur Babayev 18 gün əvvəl
Bu yaglar palma yaglaridi ki heqiqeten damar trombu yaradir, gerek 10 manat verib kere yagi yada bitki yagi isledey
Aynur Babayeva
Aynur Babayeva 18 gün əvvəl
Yağlar çoxakdıqca zesteliklerde çoxalır. Camahatı fikirleşen. Yoxdu ancaq. Pul olsun. Onlara. Bu qeder. Çeşide. Yağ olar. Ona görede. hamı qırılır. Heçkim60. Yaşa çatmır
Turan Ceferova
Turan Ceferova 18 gün əvvəl
Nə bilirik restoranlarda yeyilən yeməklər hansı yağlarla bişirilib?
Feride Kerimova
Feride Kerimova 18 gün əvvəl
Allah belasini versin bele zererli mehsullari hazirlayib milyonlarla insanlari zeherliyenlerin.temiz heyvan yaqi belke daq rayonlarinda ola 😶
G. Q
G. Q 18 gün əvvəl
Ziyandısa niyə xalqı zəhərləyirlər. Özü də ucuz yağları az maaş alanlar alır. İmkanı buna çatır.Kərə yağı od qiymətində,ət baha.Adi ziyanlı konfet nədi ki onu da ət qimətinə satırlar.Alıcısı da azdır,qalır marketlərdə sonra da vaxtı bitir aparıb atırlar zibilliyə.Bəs kasıb nə yesin?
Ju Gu
Ju Gu 18 gün əvvəl
Yagsiz bisirin
Saida Aliyeva
Saida Aliyeva 19 gün əvvəl
Konfet skolad yemeyek bes ne yeyek?
Zeynəb Şahverdiyeva
Zeynəb Şahverdiyeva 19 gün əvvəl
Yağın təmiz olduğunu necə bilək
Nergiz Rehimova
Nergiz Rehimova 19 gün əvvəl
nə yeyək bəs ?valla mən caşıb qalmışam bilmirik nə yeyək yaxşısı budu həmişə oruc tutaq nehrə yağı yeyək😁
Gülsen Əliyeva
Gülsen Əliyeva 19 gün əvvəl
Canım indidən belə onsuzda bir şey ömrumuz qalmıyıb adamın qolu qanadı sınıb iş görmək qabiliyyəti qalmıyıb insanda açığ aşkar bilərəkdən insanları məhv etməyə söz veriblərdəə heç kərə yağlarınında 100 faiz təmiz olduğunu inanmıram işimiz Allaha qalıb Allah o işbazlarında ömrunu kəssin
İlham Namazov
İlham Namazov 19 gün əvvəl
cox duz deyir bu yağlar trompa əsəbə yol acan bir şeydir
Rana Dovlatova
Rana Dovlatova 19 gün əvvəl
ALLAH BİZİ BU GUNA SALANLARIN BƏLASIN BERSİN. YIQDIQLRI BALALARINA QİSMƏT OLMASIN.
Heckim*hecne unudulmur
Heckim*hecne unudulmur 20 gün əvvəl
Magazalarda yaxwi yag var beyem?
Vusale Azayeva
Vusale Azayeva 20 gün əvvəl
Ketcupu ozum duzeldirem ama yaga geldikde imkan yoxdu ki o bahali yagi nece alim 5kl yag 2 lt sulu yag aliram ki bir ayi idare edim
Nergiz Ehmedli
Nergiz Ehmedli 21 gün əvvəl
İnsanların saglamlıgına ziyan verən qidalara azərbaycan qida təhlükəsizlik agentliyi (aqta) nəzarət etməlidir onlar hara baxır?
İSRAİL'İN GİZEMLİ TARİHİ
38:46
ARGONOMİ
Baxış 4,4M
Şəbnəm Tovuzlu - Baldı Balam (Official Video)
3:12
Dəyişən Cavab - Röya Ayxan  24.04.2021
46:15
Şəbnəm Tovuzlu - Baldı Balam (Official Video)
3:12
Oddly Satisfying Video #shorts
0:15
Satisfying Mix
Baxış 11M
ОТМЕЧАЕМ  День Рождения МАМЫ Влог
19:38
Ксения Куприкова
Baxış 228K