Orucun Möcüzəvi SİRRİ ORTAYA ÇIXDI - Avropa alimləri şokdadır!

  Baxış 400,556

Demədi Demə

27 gün əvvəl

Orucun Möcüzəvi SIRRI ORTAYA ÇIXDI - Avropa alimləri şokdadır
Müqəddəs Ramazan ayıdır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan orucu nəfsi tərbiyə edir. Müsəlman çəkdiyi aclıq ilə kasıblara və ehtiyacı olanlara qarşı mərhəmət hissi duyar. Çalışacağam ki, bu ay ərzində Ramazan barədə daha ətraflı videolar hazırlayım. Bugünkü videoda isə orucun faydalarından danışacağam. Özü də elmi araşdırmaların təsdiq etdiyi faydalarından.
2018-ci ildə New England Tibb dərgisində bir məqalə yayımlandı. Məqalədə qeyd edilirdi ki, günün 6-8 saatında yemək yeyib, yerdə qalan 16-18 saatında yeməkdən uzaq durmaq ömrü uzadır. Mütəxəssislər həftənin müəyyən günlərində oruc tutmağın ömrü uzatmaqla yanaşı, bir çox xəstəliklərə yoluxma riskini azaltdığını da yazır. Məqalədə araşdırmanın müəllifləri orucun artıq çəki, şəkərli diabet və ürək-damar problemlərinin müalicəsində xüsusi metod kimi dəyərləndirilməsi təklifi ilə çıxış ediblər. Bunun üçün onlar “gündəlik qida miqdarı” və “həftədə 2 gün oruc tutmaq” adlı 2 üsul da fikirləşib tapıblar.
İnsan və heyvanlar üzərində aparılan araşdırmalar oruc tutmağın metabolizmada yenilənməyə səbəb olduğunu, orqanizmin insulinə qarşı müqavimətini artırdığını da ortaya çıxarıb.
Orucla bağlı uzun illərlə aparılan tədqiqatlar Qərbdə yeni bir metodun meydana gəlməsinin də təməlində dayanır. Bəli, düz eşitdiniz. Artıq Qərb dünyası da oruc tutmağa başlayıb. Sadəcə, orucun adını dəyişib “fasiləli aclıq” qoyublar.
Gün keçdikcə, insanlar öz sağlamlıqlarına daha çox önəm verirlər. Sosioloqların fikrincə, buna səbəb yaşayış şəraitinin yaxşılaşması, sosial problemlərin azalması, yaxud daha asan həll olunmasıdır. Müxtəlif detoks kompaniyaları, yaxud qidalanma pəhrizlərinin Qərbdə getdikcə populyarlaşması mütəxəssislərin diqqətini müsəlmanların orucuna yönəltdi. Şərqdən öyrəndiklərini heç vaxt öz adıyla təqdim etməyən Qərb buna da ad tapdı: “intermittentfasting”. Tərcümə etsək, “fasiləli aclıq”.
Son illərdə ən çox tibbi araşdırmalar aparılan sahələrdən biridir “intermittentfasting”. Amma “fasiləli aclığı” guya kəşf edənlər bir şeyi unutmuşdu: oruc, sadəcə, müəyyən zaman kəsiyində ac və susuz qalmaq deyil, sağlam insanların Allaha ibadətinin bir parçasıdır. Müsəlmanlar arıqlamaq, yaxud, daha sağlam olmaq üçün oruc tutmurlar, Allahın əmri olduğu üçün oruc tuturlar. Qərbli mütəxəssislərin müsəlmanların ibadət şəklinə əsaslanaraq apardıqları araşdırmalar isə olduqca maraqlı faktları ortaya çıxarır. İlbəil orucun faydaları haqqında daha yeni məqalələr yazılır, sağlamlığa olan təsirindən öyünülərək bəhs edilir. Məsələn; Qərb alimləri artıq orucun xərçəngin bir çox növlərinin, ürək-damar problemlərinin yaranmasına mane olduğundan əmindir.
Bir termin kimi qəfildən meydana atılan “fasiləli aclıq” da bu əminliyin nəticəsidir. Bəs, insan yemək yemədiyi vaxt orqanizmdə nə baş verir? Ümumiyyətlə, aclığın təsirləri yeməkdən 10-12 saat sonra görülməyə başlayır. Çünki, yalnız bu müddət ərzində qandakı qlükozanın tamamı istifadə edilir, qaraciyər ilə əzələ hüceyrələrində depolanan qlükogen qlükozaya çevrilir.
Aclıq davam edərsə, tədricən orqanizmdəki yağlar parçalanır, qaraciyər “keton cisimcikləri” adlanan kiçik molekullar istehsal edir. Bu molekullar yağ turşularının parçalanmaları nəticəsində yan maddə olaraq ortaya çıxır və beyin tərəfindən enerji mənbəyi olaraq istifadə edilir. Beləcə, orqanizm artıq yağlardan və yağ turşularından xilas olur.
Qərb tibbi “intermittentfasting”in, yəni, “fasiləli aclığın” faydalarını belə sıralayır:
İnsulin və leptin həssaslığını artırır. Artıq çəki, diabet, damar bərkiməsi, xərçəngin bir çox növləri kimi xroniki xəstəliklərin yaranma riskini azaldır.
Aclıq hormonu olaraq bilinən qrelinin səviyyəsi aşağı düşür. Bu sayədə də yemək istəyi azalır.
Böyümə hormonu (HGH) ifrazatı artır ki, bu da sağlamlığın, gümrahlığın əsasını təşkil edir. Üstəlik, böyümə hormonu qocalığı ləngidir.
Oksidativ stress azalır, hüceyrələrdəki oksigen radikallarının ehtiyatının azalması protein, lipit və nuklein turşuların oksidləşmədən zərər görməsinin qarşısını alır.
İltihablaşma azalır, zamanla yoxa çıxır.
Yağ yandırılması artır.
Oruc tutmağın immun sistemini yeniləməsi, zərərli hüceyrələri yox etməsi barədə araşdırmanın müəllifi isə Yaponiyalı bioloq Yoshinori Ohsumidir. O, orucun insan sağlamlığına faydalarından bəhs edən tədqiqatı ilə 2016-cı ildə Nobel Tibb Ödülünə layiq görülüb.
Yapon aliminin sözlərinə görə: “Orqanizmin özünü yeniləyən sistemləri var. İnsan ac qaldığı zaman beynimiz işləyir. Amma bədənə lazım olan qidanı vermirik. Orqanizmdə yararlı maddələrlə yanaşı, quruluşu dəyişmiş hüceyrələr də var. Aclıq vaxtı leykositlər bu nasaz hüceyrələri yox etmək üçün daha sürətlə hərəkətə keçirlər. Beləcə, orqanizm yenilənir.”
Yapon bioloq, həmçinin, 3 günlük orucun yaşlı insanlarda belə immun sistemini yenilədiyini bildirib.

Şərh
Cəmile Qasimqizi
Cəmile Qasimqizi 26 gün əvvəl
Təşəıkkürıər Bahadır bəy Allah bütün orucları qəbul etsin İnşAllah
Letafet Meherremova
Letafet Meherremova 4 gün əvvəl
0.0
Rita Nizami qızı
Rita Nizami qızı 5 gün əvvəl
Amin
coment.
coment. 8 gün əvvəl
@Cnco Cnco beli cox xeyirxah ve etrafa musbet enerji sacan insanlarsiz.sizin dediyinizi demeyen her kes cehennemlikdir.mehz bele oldugunuz ucun butun islam dovletlerinde diktatura var.soz azadligi yoxdu.diktatorun dediyine amin demeyen her kes ya qebirde ya turmededi.sonra da utanmafan sikayetlenir ehali .diktatura sizin beyninzdedi ,sikayetlenmeyin onda.
Gunay Aslanova
Gunay Aslanova 13 gün əvvəl
@ツ MUSLIM BOY ツ 👍
ツ MUSLIM BOY ツ
ツ MUSLIM BOY ツ 18 gün əvvəl
@NEZEXA 2112 İslam dini valideynlərə yaxşılıq etməyi əmr edir; Allahu Təalə buyurur: «Valideynlərə yaxşılıq edin». (Ənam, 151). Allah valideynə yaxşılıq etməyi əmr etmiş, hətta, valideyn kafir olsa belə onun valideynlik haqqının qorunmasını vacib etmişdir. Övlad hətta bu cür valideynlə də yaxşı davranmalı, ona baxmalı, onu qorumalı ve onu yardımsız buraxmamalıdır. Həmçinin, valideynə yaxşılıq elə mühüm bir məqamdadır ki, Allahu Təalə Qurani Kərimdə: «Allaha şərik qoşmayın» dedikdən sonra valideynə yaxşılığı əmr edir (əl-Bəqərə, 83). Quhum-əqrəbaya yaxşı davranmağı buyurur: Allah Elçisi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: «Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, qoy valideynlərinə yaxşılıq etsin və qohumluq əlaqəsini qorusun». (Albani, səhih tərğib 2488). İslam dini qonşunun haqqını qoruyur; Peygəmbər (sallallahu aləyhi və səlləm) buyurmuşdur: «Vallahi iman gətmirməmişdir, vallahi iman gətirməmişdir, vallahi iman gətirməmişdir! Deyirlər: Kim ey Allahın Elçisi? Deyir: O kəs ki, qonşusu onun pisliyindən arxayın deyil». Yəni: qonşusu qorxur ki, nə vaxtsa ona qarşı pis əməl edər, xəyanət edər və ya bir şəri, pisliyi toxunar, arxayın olmaz belə bir qonşudan, ona etibar etməz, şərindən həzər edər. Şəkk yoxdur ki, belə bir qonşu xeyirli qonşu ola bilməz. İslam dini həm də qonşunun haqqını qoruyan ən əzəmətli dindir. Peyğəmbər (Sallallahu aləyhi və səlləm) bir hədisində deyir: «Cəbrayıl hər dəfə yanıma gələndə mənə qonşunu o qədər tövsiyə edirdi ki, hətta, qonşunun mirasdan pay sahibi olacağını zənn etdim» (Sahihul-Cami, 5126). Bu da İslam dininin gözəlliklərindəndir. İslam dini qardaşlığı, birliyi əmr etmiş və parçalanmaqdan çəkindirmişdir; Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Ey Allahın qulları qardaş olun» (Muslim). Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmçinin, bir əzəmətli vəsiyətində buyurmuşdur: «Məndən sonra kim yaşayacaqsa, o çoxlu ixtilaflar görəcəkdir. Sizə belə bir zaman gəldikdə mənim sünnəmə və məndən sonra gələcək raşidi xəlifələrin sünnəsinə (yoluna) sarılmağı tövsiyə edirəm». (Səhih Əbu Davud, 4607). Doğruluq, dürüstlük, sadiqlik; Artıq qeyd olundu ki, İslam dini ən gözəl əxlaqları əmr etmişdir. Bunlardan biri də sadiq olmaq, doğru danışmaqdır; İslam dinində doğru danışan bir kimsə insanların razılığını qəsd etmir, əksinə, o Allahın razılığını qəsd edir. Allahu Təalə buyurmuşdur: «Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışanlarla bərabər olun» (Tövbə, 119) Peyğəmbər (sallallahu aləyhi və Səlləm) buyurmuşdur ki: «Sənə əmanət verildiyi zaman onu qoru, sənə xəyanət edənə xəyanət etmə». (Sahih ət-Tirmizi, 1264). Bu da İslam dininin gözləlliklərindəndir; Biz görə bilərik ki, Allaha inanmayan və ya imanı zəif olan insan ona qarşı pislik etdikdə dərhal öz intiqamını almaq istəyir. Lakin, müsəlman kimsə hər pislik edəndən intiqam almalı deyil, əfv etmək gərəksə, əfv etməli, cəzalandırmaq gərəksə, adil olmalı, xəyanət edənə isə xəyanətlə cavab verməli deyil. İslam dini bizi daha uca əməllərə yönəldir. Bu səbəbdən peyğəmbər (sallallahu aləyhi və səlləm) buyurmuşdur: «Sənə xəyanət edənə xəyanət etmə». İslam dini heyvanların da haqqını qorumuşdur; onlara zülm etməməyi, onlara əziyyət verməməyi tövsiyə etmişdir. Ona görə də bir çox rəvayətlərdə gəlir ki, susuzluqdan yanan itə su verən bir insanı Allahu Təalə bağışlanmış, onu mükafatlandıraraq cənnətinə daxil etmişdir. Təbii ki, hər itə su verən də cənnətə daxil olmaz. Həmçinin, heyvanı kəsəndə belə bıçağı göstərmək lazım deyil. Əgər heyvanı kəsəcəksənsə, onu qorxutmadan kəsmək lazımdır. Bunlar İslam dininin rəhmət və gözəlliklərindəndir. Yaxşılığı əmr edib pisliyi qadağan etmək də İslam dininin gözəlliklərindəndir; Bu xislətə görə müsəlmanlar ən xeyirli ümmət adlandırılmışdırlar. Yəhudilər, xristianlar, və başqa yollar arasında İslam ümməti ən xeyirli ümmətdir. Uca Allah buyurmuşdur: «Siz insanlar arasında çıxarılmış ən xeyirli ümmətsiniz. Siz insanlara yaxşılığı əmr edir, pislikdən çəkindirirsiz və Allaha iman gətirirsiniz» (Ali İmran, 110). Müsəlmanlar yaxşılığı əmr etmək və pisliyi qadağan etməklə ən xeyirli ümmət olmuşlar. Görəsən, biz bu xüsusiyyətləri özümüzdə cəm edə bilirikmi? Qurani-Kərim ayələrindən və hədislərdəki peyğəmbər (sallallahu aləyhi və səlləm) nəsihətlərindən, moizələrindən ibrət ala bilirikmi? İslam dini zülmü qadağan edir və ədaləti əmr edir: Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız». (ən-Nəhl, 90). «Danışdığınız zaman ədalətli söz danışın» (əl-Ənam, 152) «Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır». (Əl-Maidə, 8). «Allah zalımları sevmir». (Ali İmran, 7). «Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir». (Şura, 48). • Həmçinin, yazıda gözəl əxlaqlardan qeyd etmədiyimiz bir çox gözəl əxlaqların və xislətlərin - təvazökarlıq, insanlara, cana yaxın biri olmaq, ehtiyacları ödəmək, darda olana yardım etmək, səbrli, təmkinli olmaq, səxavətli olmaq, yumşaq ürəkli, həyalı, rəhmli və şəfqətli olmaq, insanların səhvlərindən keçməyi bacarmaq, şücaətli olmaq, çalışqan və əzmkar olmaq, ehtiyac qədər danışmaq, qeyrətli, sir saxlayan, qənaətcil olmaq və s. - hər birini İslam dini əmr edir və bu gözəl xüsusiyyətlərə rəğbətləndirir.
Rubaba Alekberova
Rubaba Alekberova 41 dəqiqə əvvəl
👍🙏
Elbrus Abbasov
Elbrus Abbasov Gün əvvəl
Ramazan insanın öz nəfsi ilə etdiyi cihaddır.Xəstəliklər sizi yaxalamamış , oruc tutun , hər dərddən şifa bulun.!!!
Tehmine Eliyeva
Tehmine Eliyeva 3 gün əvvəl
Амин
Aygun ismayılova
Aygun ismayılova 3 gün əvvəl
Allahin əmrində yalniş ola bilərmi?? Oruc şəfadir.keşkə bu hikməti anlayanlar çox olsa.
Tuncay Rzayev
Tuncay Rzayev 5 gün əvvəl
Çox şükür Allahım. Başım tez tez ağrıyardı.migrenden dolayı.oruc tutduqdan sonra bir aydır ağrımır. Şükür. Allah həqiqətəndə çox böyükdür.
Vugar Mamedov
Vugar Mamedov 6 gün əvvəl
Çox sağ ol Bahadur bəy, əməyinizə sağlıq. Orqanizm sözünü arqanizm demək olar? Bİldiyim qədəri dilimizə xarici dillərdən sonradan gəlmə sözlər öz oxunuşu ilə gəlib. Əgər istəsəz araşdıra bilərsiz. Uğurlar
Konul Sharifova
Konul Sharifova 6 gün əvvəl
Allah cemi oruc tutanlarin orucunu qabul elesin Amin
Nato DARK
Nato DARK 7 gün əvvəl
Allahma şükürlər olsun bəndələrinə nə gözəl əmələri buyurub Rəbbim orclarnızı qəbul etsin 🤲
Kemale Nagiyeva
Kemale Nagiyeva 7 gün əvvəl
oruc tutanda özümu yaxşi his edirəm
Naz Söylen
Naz Söylen 7 gün əvvəl
👏👏👏👍🇦🇿🇹🇷🇦🇿🇹🇷
Sevil
Sevil 7 gün əvvəl
oruc tutanda adam ariglamir.onsuzda.Su icilmediyi üçün.oruc Allahın emir etdiyi ibadətdir.
Nez Eliyeva
Nez Eliyeva 8 gün əvvəl
NİŞİ KASİDZO ODUR BANİSİ... Nobeli bu allb
Kh. Ra.
Kh. Ra. 9 gün əvvəl
ALLAH qəbul etsin oruc tutanların orucunu, niyyəti olub mənim kimi oruc tutmayanların səmimi niyyətini!!! ALLAH hamımızın canını sağ eləsin! Arzularınıza çatasınız İNŞALLAH !!! AMİN !
boş kanal
boş kanal 9 gün əvvəl
yav hehe yalan uydurmaqda insanlar və dünyadakı bütün millətlər superdir
Nail Akhmedov
Nail Akhmedov 9 gün əvvəl
Allah haminin orucunu qebul elesin
Cosqun Exmedov
Cosqun Exmedov 9 gün əvvəl
Allah butun tutan oruclari qebul etsin 🙏🙏edilen dualar qebul olsun Allah xestelere sefa, kasiblara ruzi, evladi olmuyanara evlad,evi olmuyana ev kismet etsin. Allah tala bu karona virusunu cahamadin ustunden gotursun in Salah🙏🙏🕍🕍🕋🕋
Maria Jasif
Maria Jasif 10 gün əvvəl
Ne orucundan danisirsiniz? Assam olan kimi yagli, yagli etleri, böyrekleri ötururdunuz. Kiristler ise ya su yada terevez sorbasi icilir. Ne heyvani yemekleri, ne de yagli yemekler yeyilmir. Oryc tutanda Dunyaya car cekirsiniz.
Gun-Ay
Gun-Ay 11 gün əvvəl
Bes ne Qudretli Allahin mocuzeli sonsuzdur..ve beser ovladi sonsiz kainatin Uca varligin garsininda acizdirler.
Xanım Cavadova
Xanım Cavadova 11 gün əvvəl
Xeyirli Ramazanlar.Əziz xalqım Allah bu gözəl ayda tutulan,oruc və ibadətlərimizi qəbul etsin.Bu ayın fəziləti ,və bərəkəti xalqımızın üzərinə olsun inşallah Amin🤲🕋🌹🤲
Ferid Humbetzade
Ferid Humbetzade 12 gün əvvəl
benim 12 yasim var AZERBAYCANLIYAM menim yasim catirmi catmirsa gelen il 2022 de INSALLAH tutaram
coment.
coment. 8 gün əvvəl
telesme bala...
İlhame Bayramova
İlhame Bayramova 12 gün əvvəl
Allah bütün oruc tutanların orucunu qebul etsin.Xeyirli Ramazanlar.
TURAN OEZTUERK
TURAN OEZTUERK 13 gün əvvəl
Xristianlar, muselmanlardan önçe oruç tutublar. Sen ne sayiklayirsan
coment.
coment. 8 gün əvvəl
duz yazmisan ama az yazmisan.demek olar butun dinlerde var
Seide Seide
Seide Seide 14 gün əvvəl
🙋👍😘👏👏👏👏👏
Путь Совести
Путь Совести 14 gün əvvəl
Yəhudilərə alqış edin orucu ortaya qoymuşlar
Путь Совести
Путь Совести 8 gün əvvəl
@coment. Biz uzun illərdi islamda yaşadıq və bu səbəbdən babalarımızdan miras qalmış adətləri hörmət olaraq qəbul etdik. İndi isə tam başqa dövürdü. Sübut dedin, heç də qəliz deyil. Şairanə təriflər və bayağı cümlələr. Yəni kitabı bütövlükdə nəzərdən kecirsən tanrının sözü olmadığını əminliklə söyləmək olar. Bunun üçün nə qədər desən dəlilər var. Ancaq, dini tərk etmək bəli çətin bir məsələ. Çünki illərdi nəsildən nəsilə keçmiş dini adəti və inandığımız quranın allahını tərk etmək kimə nəyə dua edəcəm anlamına gəlib çıxır. Baş ağrısı olmasın bu haqda nə qədər desən danışmaq olar. Ancaq daha yorulmuşam)))
coment.
coment. 8 gün əvvəl
@Путь Совести kitabi kimin yazdigini subut etmek qeliz meseledi.ama evvelki dinlerle baglantisi oldugu asikardi.sumerlerin dininin diger dinler ucun menbey oldugunu deye bilirik ama sumerlerin bu dini nece ortaya cixardiqlarini bilmirik.belke de heqiqeten yaradilmis ile yaradan arasinda ,yaradanin ozu olmasa da basqa yaradilmislarla insan arasinda rabite olub kim bilir...
Путь Совести
Путь Совести 8 gün əvvəl
@coment. çünki musəvilik islamdan çox-çox əvvəl gəlmiş. Və o coğrafiya da yəhudi ərəb toplumu birgə yaşamış. Orucu bəzən səmavi kitaba bağlayırlar. Bu kitab səmada olmayıb. Bir ərəbin əl yazmasıdır.
coment.
coment. 8 gün əvvəl
@Путь Совести sen yehudiler orucu ortayib yazdin.mense onlardan evvel de orucun oldugunu yazdim.sumerlerde orucun olmadigini iddia etmedim.yehudilerin de dininin koku sumere gedib cixir.ki yunan ve roma mifalogiyasi da sumere gedib cixir.buddizm ve hinduizm ise spiritualizme dayanir.ona gore onlarin adini cekdim.qisaca desek sumerleri yehudilerin kokeni oldugu ucun adini cekmedim.
Путь Совести
Путь Совести 8 gün əvvəl
@coment. Səhv tutan oğlan sənində səhvin var şumer və Misir mifologiyasında oruc olub. Tarix isə çox qədimdir e.ə 2000 çi ilə təsadüf edilir.
Metanet Dashdemirov
Metanet Dashdemirov 15 gün əvvəl
Sizede tesekkurler
Leyli Mm
Leyli Mm 15 gün əvvəl
Yaxşı məlumatlar xerirsən, sağ ol!
Axanim 61
Axanim 61 16 gün əvvəl
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲💐💐💐💐💐💐💐💐💐💐💐💐
V .nabiyeva1
V .nabiyeva1 16 gün əvvəl
Allah tutdugumuz oruclari qebul etsin
Salman Əliyev
Salman Əliyev 16 gün əvvəl
islam dini muqdəs dindi
KV AZE
KV AZE 17 gün əvvəl
Amma qaqalar onu da deyim: ORUCU ARIQLAMAQ ÜÇÜN TUTANLARA, NAMAZI İSƏ İDMAN ÜÇÜN QILANLARA CƏHƏNNƏMDƏ *ZAQAR* PULSUZ OLACAQ!
coment.
coment. 8 gün əvvəl
@KV AZE neyse yaman uzun yazdim.seni de ezyete salmayim.gorunur cox aran yoxdu oxumaqla.salsmat qal
coment.
coment. 8 gün əvvəl
@KV AZE nece ki sen menim sualimdan niyyetimi anladin,men de senin cavabdan ne demek istediyini anladim. klassik muselman profiline uyursan.heqiqi muselman yazmadim ,nezere alasan. klassik muselman heyati boyu esitdiklerine inanmis,sorgulamamis,dusunmemis,sirf muselman cemiyyetde dogdugu ucun muselman olan insana deyilir. heyati boyu hec dinini sorgulamisan? dini sorgulamaq cox gozel seydi.yalniz dini yox ,umumiyyetle bizim beynimize yeridilmeye calisilan butun fikirleri sorgulamaq lazimdi. dini sorgulamagin iki neticesi ola biler.ya heqiqi muselman olarsan,ya da dinden cixarsan.dinden cixmaq da ferqli ola biler.basqa dine uyarsan,dinsiz olarsan,ateist ve ya agnostik olarsan.eslinde ateizm de ozluyunde bir dindir ama neyse
KV AZE
KV AZE 8 gün əvvəl
@coment. sən kişiliyin, verdiyim cavabdan nə anladın? mən sənin verdiyin sualdan nə məqsədli oldunu anladım.
coment.
coment. 8 gün əvvəl
@KV AZE men sadece ortaya atdigin iddianin menbesini sorusdum.verdiyin cavabdan anladim menbe nedi.tesekkurler.
KV AZE
KV AZE 8 gün əvvəl
@coment. gic gic danışma
Samir Samiroglu
Samir Samiroglu 17 gün əvvəl
Oruc muselmanlardan oncede var idi
Fatimə Ibragimova
Fatimə Ibragimova 17 gün əvvəl
Allah butun oruclari qebul etsin🤲Amin
tamilla hashimova
tamilla hashimova 17 gün əvvəl
allah tutdugumuz oruclari beyensin ve qebul etsin inshallah
Nise Rustemova
Nise Rustemova 17 gün əvvəl
Allah razı olsun.
Smart Dental
Smart Dental 18 gün əvvəl
Men Illerdi bir seher yeyirem.......birde gece eve gelende.....Qalan vaxti isleyirem.....
Huseynova Elmira
Huseynova Elmira 18 gün əvvəl
Dalam,4 dəfə iynə vururam şəkər xəstəsiyəm ,oruc tuta bilərəm? Xahiş edirəm cavablandırın.
Resmiyye Eliyeva
Resmiyye Eliyeva 19 gün əvvəl
Allah bütün ibadətlərinizi qebul eləsin. Oruc tutanların da oruclarını Allah qebul eləsin. İlahiamin. Oruc tutmayanlara da bu oruc tutmaq həzzini yaşatsın. İlahiamin.
Like Kid Vlog - LKV
Like Kid Vlog - LKV 19 gün əvvəl
azposts.info/soft/otxvq6CUk66Tmcg/video.html ...
Vasif Məmmədov
Vasif Məmmədov 19 gün əvvəl
RƏBBİMİZ ulu, uca, böyük!Allah həqiqətən bəndələrini çox sevir, mərhə- mətlidir!Təəssüflər olsun ki,bütün pislik- lərin arxasında lənətə gəlmiş, nankor şeytan dayanır,doğru yoldan azdırır,,təh- lükəyə təhrik edir.Bütün Müsəlmanların orucu qəbul olsun!
Like Kid Vlog - LKV
Like Kid Vlog - LKV 19 gün əvvəl
azposts.info/soft/otxvq6CUk66Tmcg/video.html ...
Nubar Mammadova
Nubar Mammadova 19 gün əvvəl
SübhenAllah
Nubar Mammadova
Nubar Mammadova 19 gün əvvəl
Elhemdulillah ne yaxşı ki men müselmanam Allah orucunuzu qebul etsin Amin
Reggie Kray
Reggie Kray 19 gün əvvəl
*Varlinin halindan anlamaq ùçùn ne vaxt varli olacaģiq??? 😀*
Aida Mamedova
Aida Mamedova 19 gün əvvəl
BES DEYIRLERKI. diabet xestelerine orc tutmaq olmaz, men seker xestesiyem cox iseteyiremki orc tutam amma icaze vermirler
Aida Mamedova
Aida Mamedova 19 gün əvvəl
1 ILDIKI XESTEYEM SEKERIM COX YUKSEKDI AMMA COX ISTEYIREMKI INDIDE ORUC TUTAM CUNKI ORUC AYNI COX SEVIREM DEMEK OLAR GENC YASLARIMDAN IRUC TUTMUSAM TESUFFLER OLSUN INDI ICAZE VERMILER
Zehra Ugur
Zehra Ugur 19 gün əvvəl
Allah her bir kesinizin orucunu qebul etsin insallah
Bersad Nezerov
Bersad Nezerov 19 gün əvvəl
Allah orucdarınızı qəbul eləsin AMİN
zamin aliyev
zamin aliyev 19 gün əvvəl
Allah herşeyi ğözell əmr edib
Yosef Gasemi
Yosef Gasemi 20 gün əvvəl
...ALLAH Razı Olsun(..!!) - videoya görə təşəkkürlər..!! ...ALLAH Cümlə Oruc Əhlinə Səbr Dözüm Güc və Qüvvət Versin(..!!) - tutduğu Oruc Qəbul Olsun İnşəALLAH..!!
Rza Mirzəyev
Rza Mirzəyev 20 gün əvvəl
Allah butun müsəlmanları gorusun 🙏 🙏 🙏
vip.vefa.faberlic
vip.vefa.faberlic 20 gün əvvəl
Amin
vip.vefa.faberlic
vip.vefa.faberlic 20 gün əvvəl
Salam Mən Faberlic Şirkətinin Bas vitse directoru Vəfa xanim. Sizi öz Şirkətimizdə işləməyə dəvət edirəm. Bizdə olan maaş heç bir Şirkətdə yoxdur. Ən əsası siz bu maaşı evdən çıxmadan online çalışaraq əldə edirsiz. Bizdə maaş artandı. Uşaq pulu var.Vereselik var. Yüksək gelir əldə edə bilərsiniz. İtirəcəyiniz heç nə yoxdur Qeydiyyat pulsuzdur😊 Buyurun bizim gozel sevimli Faberlik ailemize qosulun sizde qazanc elde edin 🥰elaqe ucun 0558277983
Mi Redmi
Mi Redmi 20 gün əvvəl
İslam yek dindir ki bütün dünyada qalib olacaq
Irade Musayeva
Irade Musayeva 20 gün əvvəl
Allahım bütün oruc tutanların orucunu qəbul etsin xəstələrə şəfa darda olanlara kömək olsun amin qazilerimize şəhid ailələrinə səbr versin uca tanrım birde xalqıma müharibə göstərməsin gözü yaşlı qalan olmasın amin
Nerciz Rzayeva
Nerciz Rzayeva 20 gün əvvəl
Demeli orucun faydalari bunlardır:xerceng xesteliyinin,seker xesteliyinin riskini azaldir,orqanizmi toksinlerden temizleyir,orqanizm yaglardan temizlenir,yaslanmani gecikdirir,ehval ruhiyyeni yukseldir,immun sistemini guclendirir(hetta yaslilarda bele) Demeli bize ALLAHin emr etdiyi vacib olan bu hokm belə ele bizim bugunku ve gelecekdeki saqlamligimiz ucun verilib butun qerbe meyilliler bilmelidirki QURAN deyib diqqet etmeyib qedim fikirli dediyiniz bu kitabin 14esr bundan evvel nazil olmasina baxmayaraq sizin muasirlesme dediyiniz bu qərb o kitabin 14esr bundan evvel emr etdiklerini indi testiq edir azda olsa aqli olan fikirlessinki hansı muasir hansi qedimdir??and ola ALLAHaki QURAN hemise yeni qalacaqdir hemise ondan yeni nelerse oz testiqini tapacaqdır o kitabda deyilenler bundan evvelki ve bundan sonraki bu yasam dovrumuzde ele ilk gundeki kimi yeni ve aktual qalacaqdir budur ALLAHin mocuzelerinden biri hansi qerb mutefekkiri bele bir kitab yaza bilerki yasamin olduqu butun dovrlerde ilk gundeki kimi yeni qalsin onnan daim nelerse oyrenilsin??budur ALLAHin emrleri ve kitabii oxuyub emel edin cunki onsuzda ne vaxtsa o kitabda deyilenler oz testiqini tapacaqdır gecikmeden emel edek
ULKER TV
ULKER TV 20 gün əvvəl
Allah razı olsun .
Crazzy Tiki
Crazzy Tiki 20 gün əvvəl
Allahim baqiwla gunahlarimizi....
Samirsirinov Sirinov
Samirsirinov Sirinov 20 gün əvvəl
Oruc tutmaq ,namaz qılmaq, zəkat vermək lazımdı. Əsl müsəlman olmaq lazımdı
Bəhruz Həsənov
Bəhruz Həsənov 20 gün əvvəl
Ac qalmaq xeyirlidi amma susuz qalmaq ziyandı.
Firdovsi Seferov
Firdovsi Seferov 20 gün əvvəl
Salam müəllim necəsiz. Gözəl işləriniz uğurlu olsun. Şəkidə piknikdə olmuşuq. Anar müəllim, mən - Firdovsi.... Uğurlar! 0503399008
Y Y
Y Y 20 gün əvvəl
Sorğulamadan inanmaq sadəcə zaman itkisidir və zaman geri gəlmir
Rovsen Abdiyev
Rovsen Abdiyev 20 gün əvvəl
Salam aleykum mənim qardaşım
Ruslan R
Ruslan R 20 gün əvvəl
Allah qabul etsin
Hemid Kazimov
Hemid Kazimov 21 gün əvvəl
Allah bütün orucları qebul etsin Amin
Шура Расулова
Шура Расулова 21 gün əvvəl
O
Aygun Ceferova
Aygun Ceferova 21 gün əvvəl
Allah qebul elesin.oruc tutanlarin orucunu.
gülzar Deniz
gülzar Deniz 21 gün əvvəl
Amin Allah Orucluğumuzu dərəcəyə yetirsin. SM adılə.ölkəmızə soxulan ışğalçı soxulcanlar ölkədən çıxarılsın Qarabağımız tamamılə azad edilsin. Zəngəzur və Xankəndındən Xocalıdan bütün əzəlı yurdlarımızdan əbədı rədd olsunlar inş.
gülzar Deniz
gülzar Deniz 21 gün əvvəl
Allah oruc tutanların köməyi olsun sağlam olsunlar Allah qəbul eləsin. Bahadır bəy tşk edirik bu cür çıxışınıza görə. Var olun hər zaman.
Cumshud Rustemli
Cumshud Rustemli 21 gün əvvəl
Allah her şeyi çox gözəl nizamlayib və Allahın elmi çox böyükdü və ne buyurubsa bizim üçün xeyirlidir Allah bütün oruç tutanların orucunu qebul etsin Amin !
Sevinc Eliyeva
Sevinc Eliyeva 21 gün əvvəl
ALLAH HAMININ ORUC. NAMAZINI İTAƏT VƏ. İBADƏTLƏRİNİ ALİ DƏRƏCƏDƏ QƏBUL ETSİN AMMİN 🤲
Studio Everest
Studio Everest 21 gün əvvəl
👍👍👍
Azərbaycan. Beast
Azərbaycan. Beast 21 gün əvvəl
Allah orucları qəbul eləsin və bu Ramazanda günahlarımızı bagışlasın..
Xatire Melikova
Xatire Melikova 21 gün əvvəl
Allah oruc tutanların orucunu qebul etsin inşaallah 🤲oruc tutmaq sağlamlığımıza cox gözəl təsir edir
Seva Seva
Seva Seva 21 gün əvvəl
Size de tewekkur edirem ki,bele ibretamiz videolarla bizi mariflendirirsiz.
Murad Sefer
Murad Sefer 21 gün əvvəl
BU VIDEONUN ERSEYE GELMESINDE ƏZIYYƏT ÇƏKƏN HER KESE TƏŞƏKKÜR EDIRƏM MAŞAALLAH ALLAH RAZI OLSUN
Murad Sefer
Murad Sefer 21 gün əvvəl
Peyğəmbərden hedis var heftenin 1ci ve 4 cu gunleri oruc tutmaq yaxsidir. Alimler indi tapir bunu 1400 il evvel hell olunub bu mesele
Azade Azadli
Azade Azadli 21 gün əvvəl
Şükür Allaha bu gün 10gune keçdik Allah hamımıza güc qüvvət versin Allah qılınan namazları tutulan orucları qəbul etsin İnşAllah
Али Али
Али Али 21 gün əvvəl
Oruc tutmagi aclığ kimi qəbul etmək lazım deyil. Qəlbi gözəl olan dərrakasi zəngin olan kömək əlini uzadar
Elnare Memmedova
Elnare Memmedova 21 gün əvvəl
Var ol Bahadur bey. Paylasdiginiz ucun minnetdaram.
sbt
sbt 21 gün əvvəl
Mikrofonun xarab olub deyəsən
Bəhruz Ağayev
Bəhruz Ağayev 21 gün əvvəl
Biyalogiya Məllimi yaxşı olan şəxslər Əyər Ağıllı adamdırsa Və düşünə bilkrsə Hökmən Allahın Təkliyinin Fərqinə Varmalıdır.İstər Müsəlman istər qeyri Müsəlman.
Rəvan Ronaldo
Rəvan Ronaldo 21 gün əvvəl
Xeyirli Ramazan oruc tutablari allah qebul elesin🤲🤲
Esmira Bayramova
Esmira Bayramova 21 gün əvvəl
🇦🇿
Allaha Doğru
Allaha Doğru 21 gün əvvəl
Allah oruc və namazlarınızı qəbul etsin aminnn
Feride Huseynli
Feride Huseynli 22 gün əvvəl
bahadir basladigin ilk fakt omuru uzatmagdir bizim dinimizde olum xeyrilisi deyilmi?
Tamilla Seidi Tamillamuellime
Tamilla Seidi Tamillamuellime 22 gün əvvəl
Ay adam Peygember s.e.ve s.Orucu bize vacib buyurub.Indi amerika alimleri ne deyir desin ne inemi varki..
Emil Selimov
Emil Selimov 22 gün əvvəl
Yaşamağa həvəsim qalmayıb onsuz, yəni ömrümü uzatmaqa görə yox, əmir belədir deyə tuturam.kasıblar onsuzda həmməşə acdır ama helə xəsdələnənlərdə kasıblardır.nəbilim deyirdə.
Oyun Dünyam
Oyun Dünyam 22 gün əvvəl
Şükürlər olsun Allaha bir gün bütün dünya qurana baş əyəcək
Ilkin Asker
Ilkin Asker 22 gün əvvəl
Yeniki ne deyime oz ibatedivize baxinda camatin heyatina niye burnuvuzu soxursuz
Muhammed Aliev
Muhammed Aliev 22 gün əvvəl
Oruc 5 yox 10 vacibatdan biridir.
Vuqar Style
Vuqar Style 22 gün əvvəl
SALAMLAR RAMAZAN AYINIZ MÜBARƏK
Оксана Муратова
Оксана Муратова 22 gün əvvəl
Bu ayda ancag hele kasiblar oruc tutur
Xonçamız - Xonca Sifarisi ve Dekorlar
Xonçamız - Xonca Sifarisi ve Dekorlar 22 gün əvvəl
Toy üçün hər şey üçün kanalımıza keçid edin 😍
Maga Allahverdiyev
Maga Allahverdiyev 22 gün əvvəl
Allah qebul etsin orucunu
Əfsanə Yəməklər
Əfsanə Yəməklər 22 gün əvvəl
ALLAH RAZI OLSUN))
Vasif Bayramov
Vasif Bayramov 22 gün əvvəl
. ______ | | | | ___________xxxx____________ |/_ ; - . __ / _ \ _ . - ; _\ | `- . _ `' ` _/ ' `. - ' `\ / ` | / / - . ( \ _ . _\ \ \ \ | > / / / / / | / / شغث تهءز ىهثشز \ ( \ | `| | | ----------------```````--------------------------
Samsung Smart
Samsung Smart 22 gün əvvəl
Allah bir Kün - Insanlar dar 99/99 % Razi Olacaqini da ' Yaşaya Bilersiniz ' deye Buyurmuş dur. Şükür Yaradana.
Азер Вейсалов
Азер Вейсалов 22 gün əvvəl
Videonun axırına yaxın səsi kəsilmişdir
рамиз Сулейманов
рамиз Сулейманов 22 gün əvvəl
Dini bayramlar olkenin iflasina yolacir
Namiq Müzafir
Namiq Müzafir 22 gün əvvəl
Niyə demirsenki senin xristianların Yeni il bayramı 8mart bayramı Novruz bayramı nə bilim uydurma 14fevralın açır iflasa yol açlr.Yapışmısız ikiəlli İslam dininden.Guya dövlət neynir dini bayramlarda.Daha bilmirsiz nə yol ilə pisleyesiz Allahın dinini.Allahdan qorxun əzabı şiddətlidi!!!!!
Muhterem
Muhterem 22 gün əvvəl
Nə dəxlisi? Ölkə iflasa səbəb olan yanlış iqtisadi siyasət aparırsa bunun dinlə nə əlaqəsi var?
Əli Əli
Əli Əli 22 gün əvvəl
salam aləyküm.amma mütləq oruc tutarkən bağırsaq tamam boşalmalıdır,belə olduqda bıdən xəstə hüceyrələrdən qidalanır,yəni xəstəliklərimiz bədəni tərk edir,amma bağırsaqlar dolu olsa bədən bağırsaqdakı nəcisi yeyir,yəni boşuna ac qalmış oluruq
Аслан Зейналов
Аслан Зейналов 22 gün əvvəl
Allah bütün musalmanlari bu. Çözal oruç tutmağa. Yönaltsin Amin Amin Amin 🙏
Orxan
Orxan 22 gün əvvəl
Gelin reallıqları danışaq ve dürüst olaq. Çalışaq ki, bu yazdıqlarımı da sona qeder oxuyub derk edek. Dinler ailevi, coğrafi ve kütlevi-psixoloji hipnozdur. Bir insan uşaqlıqdan etibaren etrafından ne görübse - xarakteri, düşünceleri ve beyni ; 95% tesirlendiyi mühite esasen formalaşır. Boşuna - övlad ailenin güzgüsüdür - demeyibler. Meselen Yahudi bir ailenin övladı 95 % ehtimalla yahudi, Xristian bir ailenin övladı 95% ehtimalla Xristian, Müselman bir ailenin övladı ise 95% ehtimalla Müselman olur ve her biri öz inancını müdafie edir. Bunun neticesidir ki , resmi statistikalara esasen dünyada 2,2 milyarddan çox Xristian, 1,6 milyarddan çox Müselman, 1 milyarddan çox Hindu, 500 milyon Budist, 14 milyon Yahudi var . 3 esas din ise Yahudilik, Xristian ve İslam dinidir . Ölkemiz tolerant ve multikultural ölke olsa da, ehalinin böyük bir hissesi İslam dinine inanır. Ona göre de mövzumuz İslam dini olacaq. İndi ümumi bir deyerlendirme aparaq . İslam dini, insanlarda psixoloji qorxu yaradır ve tehdit edir. Qur 'an-i Kerim'i inkar edenlerin, inanmayanların sonsuza qeder cehennem ateşinde yanacağını iddia edir ( kitab ehli Xristian ve Yahudilerin bezileri cennete gede biler) Sizce yerin göyün sahibi bir varlıq, erebce bir kitaba göre , ereblerin işğallarla yaydığı bir dine göre insanlığı kütlevi şekilde yandıracaq qeder qeddar, şiddeti seven sadist bir varlıq ola biler? Niye Tanrı qatında önemli olan en birinci insanlıq ve emeller yox, mehz dini inanc ve imandır ? İslamda mehz tövbe anlayışı da var. Tövbeye cennetin açarı da deyirler. Sizce, günahları çox olan, amma tövbe etmiş bir müselman, son derece yaxşı ve xeyirxah insan olmağı bacarmış , yaxşı emeller görmüş bir *DİNSİZDEN* üstündür ki , cennete gedecek? Üstündürse, burda Tanrı edaletinden danışmaq olmaz . Tanrı ise edaletsiz ola bilmez. Çünki bu amil, İlahi mentiqe ziddir. Bes Cennet mekanı nedir? Qur' ani Kerim'e esasen, Cennet mekanı sonsuz bir yaşam demekdir. Hetta bu mekanda kişiler üçün huriler de var . Bele Cennet tesviri, sizce de absurt deyil ? Qur 'ani Kerim'e esasen Din uğrunda savaşan (cihad eden) Cennet mekanını "avtomatik" qazanmışdır . Sizce yerin göyün sahibi, öz dininin öz dünyasında yayılması üçün öz yaratdıqlarını öz yaratdıqlarına qırdırıb , buna imtahan deyib, sonda bu imtahana göre mükafat teqdim edeceyini bildirecek bir varlıq ola biler ? Yoxsa bütün bunlar ; ereblerin hevesle cihad ede bilmesi üçün , ilahi din adı altında öz ideologiyalarını yayıb dünyada hökm sahibi olmaq üçün hazırlanmış bir ssenaridir ?.. Onsuzda İslam alemine baxanda "ereb atmosferini" görmemek mümkün deyil. Bu gün ereb olmayıb müselman olan her bir insanın danışdığı dilde 99% erebce kelmelere rast gelirik (Sübhanallah, İnşallah, Maşallah, Alhamdulillah) . Bizi yaradan bir qüvve, erebdir?.. Yoxsa bütün bunlar günler,aylar,iller,esrler keçdikce yaranmış kütlevi bir ereb asimilasiyasıdır ? Menim şexsi fikirlerime esasen, Yaradan var. Amma semavi dinler reallığı eks etdirmir!!!!!!
Отец солдата (1964) фильм. ЦВЕТНАЯ ВЕРСИЯ
1:28:10
RVISION: Советские фильмы
Baxış 1,8M
Güldür Güldür Show 180.Bölüm - Oruç Tutmak
19:27
Hercai 69. Bölüm (FİNAL)
2:28:29
Hercai
Baxış 3,6M
Cövşən - Kəbir duası (Azərbaycanca tərcümə ilə)
1:40:58
Мифы эволюции | Фильм: Происхождение
58:31
Old Soviet motorcycle full Restoration
34:59
Sweden. How to love life in a poor climate. Big Episode
56:00
Hercai 69. Bölüm (FİNAL)
2:28:29
Hercai
Baxış 3,6M
Introducing iPad Pro | Apple
1:33
amazing video and work machine 321
0:39
Dp Guru {Durga Prasad patel}
Baxış 54M